Luka Donçiç Maykl Cordanın 40 illik rekordunu təkrarladı
ABŞ-nin "Los Anceles Leykers" klubunun basketbolçusu Luka Donçiç Milli Basketbol Assosiasiyasında (NBA) əfsanəvi Maykl Cordanın uğurunu təkrarlayıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı idmançı buna səfərdə "İndiana"ya qalib gəldikləri (137:130) matçda nail olub.
Sloveniyalı oyunçu sözügedən qarşılaşmada 43 xal toplayıb. O, son altı səfər matçında orta hesabla 40 xal toplaya bilib.
Əvvəllər bunu yalnız 1986-cı ildə Maykl Cordan bacarıb.