Louson üçün həlledici mövsüm: Permeyn əsas tələbləri sadaladı

İdman

23.01.2026 11:10

“Reysinq Bullz” komandasının rəhbəri Alan Permeyn “Formula-1” üzrə dünya çempionatında komandanın pilotu Liam Louson üçün 2026-cı il mövsümünə dair hədəfləri açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə talkSPORT məlumat yayıb.  

Permeyn bildirib ki, Louson artıq komandanın lideridir və arxasında bir mövsümlük təcrübə var. Onun sözlərinə görə, bu, pilot üçün ciddi məsuliyyətdir. Komanda rəhbəri Lousondan ehtiyac yarandığı hallarda Arvid Lindblada dəstək olmağı xahiş edib. Bunun himayəçilik və ya nəzarət anlamına gəlmədiyini vurğulayan Permeyn çətin anlarda komanda yoldaşına kömək etməyin vacibliyini önə çəkib.

Bununla yanaşı, Permeyn Lousonun öz performansına da diqqət yetirməli olduğunu bildirib. O, pilotun ötən mövsümdə nümayiş etdirdiyi güclü çıxışları -  Bakıda uğurlu yarış, Las-Veqasda altıncı yer, eləcə də kvalifikasiyada üçüncü nəticə kimi performansları təkrarlamasını gözlədiyini deyib.

Komanda rəhbəri əlavə edib ki, Lousonun əsas məqsədlərindən biri qeyri-sabit və uğursuz anları aradan qaldırmaqdır. Xüsusilə ilk seqmentdə mübarizəni dayandırdıqdan sonra səbəbi izah edə bilmədiyi halların aradan qaldırılmasının vacibliyini vurğulayan Permeyn qeyd edib ki, Louson potensialını tam reallaşdıra bilsə, çox güclü “Formula-1” pilotu olacaq.

Namiq HUN

TodayPress TV

tag: Reysinq Bullz,Alan Permeyn,Liam Louson,Hədəf,Todaypress.tv,