London və Münhen arasında böyük savaş: Virts kimin formasını geyinəcək?
“Liverpul” yanvar transfer pəncərəsində yarımmüdafiəçi Florian Virtslə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə “Football Insider” nəşri məlumat yayıb.
Almaniyalı futbolçunun özü də İngiltərə klubları ilə razılıq əldə olunacağı təqdirdə, Almaniya Bundesliqasına qayıtmaqda və Münhen “Bavariya”sına keçməkdə maraqlıdır.
Mövsümün ortasında transferin baş tutması az ehtimal olunsa da, “Bavariya” vəziyyəti diqqətlə izləyir və rəsmi təklif göndərməyi planlaşdırır. “Liverpul” isə qışda oyunçunu buraxmaq istəməsə də, daxil olan təklifləri nəzərdən keçirməyə açıqdır.
Qeyd edək ki, Virtslə Londonun “Çelsi” kliubu da maraqlanır. Futbolçunun “Bayer 04”dəki birgə fəaliyyət dövründən “zadəganlar”ın yeni baş məşqçisi ilə sıx və yaxşı münasibətləri mövcuddur.
Namiq HUN