Tbilisi sülhün tərəfdarıdır: "Azərbaycan və Ermənistanı alqışlayırıq"
Cənubi Qafqaz əhəmiyyətli dəyişikliklər dövrünü yaşayır və regionun iqtisadi və strateji potensialına diqqət getdikcə artır.
TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən “Çoxtərəfli tərəfdaşlıq sammiti”ndə çıxışı zamanı bildirib.
“Bu gün regional praktiki əməkdaşlıq üçün daha geniş imkanlar mövcuddur. Biz qonşularımız olan Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayırıq və inanırıq ki, regional əməkdaşlığın gücləndirilməsi ticarət, bağlantılılıq və iqtisadi inkişaf kimi sahələrdə yeni imkanlar yarada bilər”, – Baş nazir deyib.
Kobaxidze qeyd edib ki, Gürcüstan uzunmüddətli sülh və rifahın təmin edilməsi üçün zəruri olan prinsiplərə sadiqliyini davam etdirir.
Qiymət Mahir