“Liverpul” Arne Slotun gələcəyini nəzərdən keçirir

“Liverpul” Arne Slotun gələcəyini nəzərdən keçirir
26.01.2026 16:33 İdman

“Liverpul” klubunun baş məşqçisi Arne Slot komandadan istefaya göndərilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilib ki, İngiltərə Premyer Liqasının son turunda “Bornmut”a (2:3) məğlubiyyət klub rəhbərliyinin səbrini daşdırıb. Mersisayd təmsilçisi mütəxəssisin göndərilməsi ilə bağlı qərar qəbul edib.

Məlumata görə, UEFA Çempionlar Liqasında “Qarabağ”la keçiriləcək matça komandanı baş məşqçi kimi Stiven Cerard çıxardacaq.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər