Lissabon fiaskosu: Mbappe “Real”ın oyununu darmadağın etdi
İdman
29.01.2026 12:30
Madrid “Real”ının hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda “Benfika” ilə oyundan sonra fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Lissabonda baş tutan görüşdə “Real” Madrid (2:4) məğlubiyyətlə üzləşib. “Kral klubu”nun qollarını Kilian Mbappe vurub.
Forvard matçdan sonra oyunu sərt şəkildə tənqid edib:
“Biz bu məğlubiyyətə layiq idik. Bu, bizim üçün çox zəif oyun idi. Biz həddindən artıq qeyri-sabit çıxış edirik. Belə davam edə bilməz. Gündən-günə axınla getməli deyilik - bu, çempionların ruhuna uyğun deyil”.
Qeyd edək ki, Madrid “Real”ı Çempionlar Liqasının ümumi mərhələsində səkkiz oyundan sonra 15 xal toplayıb və turnirin 1/8 finalına birbaşa vəsiqə qazana bilməyib.
Namiq HUN
tag: Kilian Mbappe,Real Madrid,Benfika,Futbol,Todaypress.tv,
