“Lester Siti” üçün təhlükə: cəza daha da ağırlaşa bilər
İdman
03.04.2026 10:16
“Lester Siti” klubu xal silinməsi qərarına etiraz edərək apellyasiya şikayəti verib, İngiltərə Premyer Liqası isə buna qarşı cavab iddiası qaldırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilib ki, fevral ayında futbol liqası “Lester Siti”ni maliyyə feyr-pley qaydalarını pozduğuna görə 6 xalla cəzalandırıb. Pozuntu 2023/2024-cü illər mövsümünü əhatə edən üçillik dövrə aiddir.
Hazırda komanda Çempionşipdə aşağı pillələrdə qərarlaşıb və ardıcıl ikinci il aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir. Klub qərardan narazı qalaraq apellyasiya hüququndan istifadə edib.
Lakin Premyer Liqa bu cəzanı kifayət qədər sərt hesab etmir. Qurum “Lester Siti”nin maliyyə hesabatını gec təqdim etməsini də ağırlaşdırıcı hal kimi qiymətləndirir.
APL kluba qarşı sanksiyaların daha da sərtləşdirilməsini və böyük məbləğdə cərimə tətbiq olunmasını tələb edir.
Namiq HUN
tag: Lester Siti, İngiltərə Premyer Liqası ,Cəza,Qərar,Todaypress.tv,
