Lebron Ceyms son 5 ilin ən yaşlı rekord müəllifi oldu
41 yaşlı Lebron Ceyms “Los-Anceles Leykers” klubunun heyətində çıxış edərək son 5 ildə NBA tarixində bir oyunda 30+ xal və ən azı 90% dəqiq atış göstəricisi ilə bunu bacaran ən yaşlı oyunçu olub.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Lebron “Hyuston Rokets” ilə oyunda 30 xal toplayıb, 5 ribaund edib və 2 məhsuldar ötürmə verib. O, meydandan 14 cəhddən 13-nü dəqiq yerinə yetirərək 92,86% nəticəyə imza atıb.
Qeyd edək ki, “Leykers” səfərdə “Hyuston Rokets” üzərində 124:116 hesablı qələbə qazanıb.
Namiq HUN