Lando Norris özünə inanır: məqsədim titulumu qorumaqdır
İdman
22.01.2026 17:14
“Formula-1” üzrə 2025-ci ilin dünya çempionu Lando Norris qarşıdakı mövsüm üçün əsas məqsədini açıqlayıb.
TodayPress TV Autosport nəşrinə istinadən xəbər verir ki, britaniyalı pilot 2026-cı ildə çempionluğu yenidən qazanaraq titulunu qorumaq istədiyini bildirib.
Norris bu fikirləri Londonda keçirilən Autosport Awards mükafatlandırma mərasimində səsləndirib. O, tədbirdə “İlin britaniyalı pilotu” nominasiyasında qalib olub.
“Bu, mütləq məqsəddir. Təbii ki, bir qələbə insanın özünə inamını xeyli artırır.
Mən həmişə inanmaq üçün əvvəlcə görməyə ehtiyacı olan biri olmuşam, hətta özümə münasibətdə də. Amma ötən mövsüm buna nail olmamışdan əvvəl belə bunu dərk edə bildim. Mövsümün ortalarında artıq hiss edirdim ki, məndə hər şey var: ətrafımdakı insanlar, komanda, bolid və öz bacarıqlarım - çempionluğu qazanmaq üçün”, - deyə Norris bildirib.
Namiq HUN
tag: Lando Norris,“Formula-1”,Dünya çempionu, Pilot,Todaypress.tv,
