La Liqada məşqçilər siyahısı: Kim daha çox əsəbləri korlayır?
İdman
21.03.2026 13:16
ESPN İspaniyanın La Liqa çempionatında çıxış edən futbolçular arasında sorğu keçirib və matçlar zamanı ən çox “qıcıqlandıran” davranış sərgiləyən baş məşqçiləri müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, mənbənin məlumatına görə, anonim qalmaq istəyən 30 futbolçunun 43,3%-i “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeonedən narazı olduğunu bildirib.
İkinci yerdə “Xetafe”nin çalışdırıcısı Xose Bordalas (23,3%), üçüncü pillədə isə “Vilyarreal”ın baş məşqçisi Marselino Toral (13,3%) qərarlaşıb.
Sorğuda həmçinin “Jirona”nın məşqçisi Miçel Sançes (6,6%) və artıq “Real Madrid”dən ayrılmış Xabi Alonso (3,3%) da qeyd olunub.
Sorğuda iştirak edən futbolçulardan biri Simeonenin rəqibləri təxribat etməyi çox sevdiyini, digəri isə Bordalasın hər şeyə etiraz etdiyini bildirib.
Namiq HUN
tag: İspaniya,La Liqa,Çempionat,Məşqçi,Todaypress.tv,
