Krosbi tarix yazdı: 1100 assist və yeni zirvə!

İdman

31.03.2026 10:30

Hokkeyçi Sidni Krosbi heç bir aktiv oyunçunun bacarmadığı nadir nailiyyətə imza atıb.

TodayPress TV xəbər verir ki, “Pittsburq”un ulduz kapitanı ABŞ Milli Hokkey Liqasının (NHL) müntəzəm çempionatında iki məhsuldar ötürmə ilə karyerasındakı assistlərinin sayını 1100-ə çatdırıb.

Sidni Krosbi “Nyu-York Aylanders”in “Pittsburq Pinqvins”ə (3:8) məğlub olduğu görüşdə bu göstəriciyə nail olub. 

O, NHL tarixində bu həddi aşan səkkizinci oyunçudur. Krosbi aktiv hokkeyçilər arasında buna nail olan ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, daha əvvəl bu göstəriciyə Ueyn Qretski, Ron Frensis, Mark Messye, Rey Burk, Yaromir Yaqr, Pol Koffi və Co Tornton kimi əfsanəvi hokkeyçilər çatıb.

Namiq HUN

TodayPress TV

tag: Sidni Krosbi,Hokkey,Rekord,Assist ,Todaypress.tv,