Kolumbiyalıdan tarixi performans: Duran tarix yazdı!
“Qarabağ” klubunun hücumçusu Kamilo Duran Azərbaycan futbolunun tarixinə düşüb.
TodayPress TV Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu Premyer Liqanın XXVI turu çərçivəsində keçirilən “Karvan-Yevlax”la matçda (7:0) üç qol vurub.
Forvard Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner kimi düşüb. Kamilo Duran bu göstəriciyə nail olan ilk kolumbiyalıdır.
Qeyd edək ki, bu, cari mövsümün üçüncü het-triki olub. Bunadək “Qarabağ”dan Toral Bayramov və “Qəbələ”dən Domi Massumo üç qolla fərqləniblər.
Namiq HUN