Knyazdan Leklerə böyük jest – xüsusi titul təqdim olundu
İdman
08.04.2026 17:20
“Ferrari” pilotu Şarl Lekler Monako knyazı Albert II tərəfindən xüsusi mərasimdə Monakonun xoşməramlı səfiri adına layiq görülüb.
TodayPress TV xəbər verir ki, bu titul 1973-cü ildə knyazın anası Qreys Kelli tərəfindən yaradılan “Monaco Ambassador’s Club” tərəfindən təqdim olunur.
Mükafat Monakonun beynəlxalq nüfuzuna töhfə verən şəxslərə verilir.
Qeyd olunur ki, Albert II Leklerin karyerasını gənc yaşlarından dəstəkləyib. Knyaz həmçinin yaxın zamanda Aleksandre Sen-Mülye ilə ailə həyatı quran pilot üçün toy hədiyyəsi də təqdim edib.
Şarl Lekler “Formula-1” tarixində Monakonu təmsil edən beş pilotdan biridir. O, 2018-ci ildə debüt etdikdən sonra knyazlıq adına səkkiz Qran-pri qələbəsi qazanıb.
Namiq HUN
tag: Şarl Lekler,Ferrari,Albert II ,Monako,Todaypress.tv,
