Knutsen: Komandamız öz oyunundan çox uzaq idi

İdman

18.03.2026 12:08

“Bodo-Qlimt” klubunun baş məşqçisi Hyetil Knutsen UEFA Çempionlar Liqasından kənarlaşmalarını şərh edib. 

TodayPress TV xəbər verir ki, o, bu barədə TV2-yə danışıb. 

Mütəxəssis komandasının  məğlubiyyətini belə şərh edib:

“Biz futbol oynamadıq, oyunun əhəmiyyətini düşünərək oynadıq və bu yük bizim üçün həddindən artıq ağır oldu. “Sportinq” isə sadəcə meydana çıxıb oynadı. Biz isə ilk toxunuşdan nəticələr barədə düşünürdük. Bu da bizi passiv etdi.

Niyə belə alındığını dəqiq deyə bilmərəm, amma yalnız nadir anlarda konstruktiv oyun göstərə bildik. Biz öz üslubumuzdan və kimliyimizdən çox uzaq idik”.

Qeyd edək ki, Norveç təmsilçisi 1/8 final mərhələsində iki oyunun cəminə görə “Sportin”ə uduzub. İlk görüşdə “Bodo-Qlimt” 3:0 hesabı ilə qalib gəlsə də, cavab matçında “Sportinq” rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Namiq HUN

TodayPress TV

tag: Bodo-Qlimt,Hyetil Knutsen,UEFA ,Sportinq,Todaypress.tv,