Klassika və yenilik bir arada: “Red Bull” RB22-ni təqdim etdi

Klassika və yenilik bir arada: “Red Bull” RB22-ni təqdim etdi
16.01.2026 09:28 İdman

Detroytda “Ford” və “Red Bull” konserninin yeni yarış mövsümünə həsr olunmuş təqdimat mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki,  tədbir çərçivəsində “Red Bull” komandasının 2026-cı il “Formula-1” mövsümündə istifadə edəcəyi Red Bull RB22 bolidinin rəsmi liveriyası nümayiş etdirilib.

Avstriya təmsilçisinin yeni bolidinin rəng çalarları ümumilikdə komandanın ənənəvi üslubuna sadiq qalıb. Bununla belə, əvvəlki mövsümlərlə müqayisədə dizaynda bir sıra vizual dəyişikliklər edildiyi diqqət çəkir.

Qeyd edək ki, dördqat dünya çempionu Maks Ferstappenin yeni komanda yoldaşı İsak Hadjar olacaq. Fransalı pilot “Formula-1” üzrə dünya çempionatında ikinci mövsümünü keçirəcək. Hadjar 2025-ci ildə “Racing Bulls” komandasında çıxış edib və yeni mövsümdə əsas komandada Yuki Tsunodanı əvəzləyəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər