Kişi voleybolçular Yüksək Liqa yarışlarında
İdman
22.03.2026 16:25
Kişi voleybolçuların Yüksək Liqa yarışlarında müntəzəm çempionat sona yaxınlaşır. Turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq komandaların müəyyənləşəcəyi son iki turun oyun cədvəli bəlli olub.
TodayPress TV xəbər verir ki, 19-cu turun qarşılaşmaları martın 26-da, mövsümün sonuncu - 20-ci turunun oyunları isə martın 30-da keçiriləcək.
20 turun yekun nəticələrinə əsasən, turnir cədvəlində ilk dörd pilləni tutan komandalar çempionluq mübarizəsini növbəti mərhələdə davam etdirmək hüququ qazanacaqlar.
Kişilər
Müntəzəm mövsümün son turları
26 mart - 19-cu tur
15:00. "Gənclər" – "Murov Az Terminal"
(Abşeron Olimpiya İdman Kompleksi)
16:00. "Azərreyl" – "Ordu"
18:00. "Xilasedici" – "Neftçi"
(Fövqəladə Hallar Nazirliyinin idman zalı)
30 mart - 20-ci tur (son tur)
14:00. "Ordu" – "Gənclər"
16:00. "Neftçi" – "Azərreyl"
18:00. "Murov Az Terminal" – "Xilasedici"
(Fövqəladə Hallar Nazirliyinin idman zalı)
tag: Kişi voleybolçuları,Yüksək Liqa ,Tur,Vəsiqə,Todaypress.tv,
