Karun Çandhok: Corc Rassel "Mercedes" ilə uğur qazana bilər

İdman

24.01.2026 17:03

Keçmiş “Formula-1” pilotu Karun Çandhok 2026-cı il mövsümünün əsas namizədini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.  

Hazırda “Sky Sports”da ekspert kimi çalışan Karun Çandhok rəsmi mövsümöncəsi testlər başlamamışdan əvvəl dünya çempionatına dair erkən proqnozunu paylaşıb.

“Biz hələ görməmişik ki, hər kəs necə sürür, amma artıq qəti hissim var ki, bu il Corc Rasselin ili olacaq. Keçən il o möhtəşəm çıxış etdi. Mənim fikrimcə, pelotonun ən yaxşı pilotu Maks Ferstappendən sonra o idi. Əgər “Mercedes” yaxşı maşın hazırlasa, nəticəsini göstərəcək”, - deyə Çandhok bildirib. 

Xatırladaq ki, ötən mövsümdə Rassel iki qələbə qazanıb və fərdi reytinqdə dördüncü yerə yüksəlib.

Namiq HUN

TodayPress TV

tag: Karun Çandhok,Corc Rassel,Mercedes,Uğur,Todaypress.tv,