“Kadillak” pilotu Peres Bottasla əməkdaşlığı yüksək qiymətləndirdi

İdman

26.01.2026 13:43

“Əla heyətimiz var, “Formula-1”də hər şeyi görmüşük”.

TodayPress TV xəbər verir ki, BBC Peresin sözlərini yayıb. 

“Kadillak” komandasının pilotu, meksikalı Serxio Peres Amerika təmsilçisində finlandiyalı Valtteri Bottasla birgə işləməsi barədə fikirlərini bölüşüb:

“Biz paddokda demək olar ki, hər şeyi keçmişik, bu idmanda hər şeyi etmiş və görmüşük. Ona görə də düşünürəm ki, bizim əla pilot heyətimiz var. Yeni komanda ilə başlamaq xüsusi bir çağırışdır. Yeni kollektivin formalaşmasında iştirak etmək imkanı məni çox ruhlandırdı”. 

Xatırladaq ki, 35 yaşlı Serxio Peres “Formula-1”in vitse-çempionudur. Meksikalı pilot “Red Bull”dan ayrıldıqdan sonra 2025-ci il mövsümünü buraxıb və bir illik fasilə verib.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Serxio Peres,Kadillak,Red Bull,Todaypress.tv,