İtaliya millisində baş məşqçi məsələsinə aydınlıq gəldi
İdman
01.04.2026 10:00
İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina yığmanın DÇ-2026-ya vəsiqə qazana bilməməsindən sonra baş məşqçi Cennaro Qattuzo barədə açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat paylaşıb.
Qravina bildirib ki, o, Qattuzodan postunu tərk etməməsini istəyib:
“Cennaro Qattuzodan xahiş etdim ki, vəzifəsində qalsın və komanda ilə işini davam etdirsin”.
İtaliya yığması pley-offun finalında Bosniya və Herseqovina ilə qarşılaşmada (1:1, penaltilər seriyasında 1:4) məğlub olaraq dünya çempionatından kənarda qalıb.
“Skuadra Adzurra” tarixində ilk dəfə ardıcıl üç dünya çempionatını buraxacaq. Dördqat dünya çempionu sonuncu dəfə 2014-cü ildə mundialda iştirak edib.
Namiq HUN
tag: FIGC,Cennaro Qattuzo,DÇ-2026,Qabriele Qravina,Todaypress.tv,
