İtaliya futbolunda böhran: Kapello danışdı!

İdman

01.04.2026 15:29

Sabiq baş məşqçi Fabio Kapello İtaliya millisinin dünya çempionatına vəsiqə qazana bilməməsinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, İtaliya yığması pley-offun finalında Bosniya və Herseqovina ilə qarşılaşmada (1:1, penaltilər seriyasında 1:4) məğlub olaraq mundialdan kənarda qalıb.

Kapello bu nəticəni sərt şəkildə tənqid edib:

“Bu, belə tarixə və nüfuza malik komanda üçün qəbuledilməzdir. Bütün gecə yata bilmədim və hələ də baş verənlərə inana bilmirəm. Söhbət dördqat dünya çempionundan gedir. Bu, idman faciəsidir, biabırçılıqdır. Bu, İtaliya futbolunun müasir tarixində baş verən ən pis hadisələrdən biridir”.

Qeyd edək ki, İtaliya millisi dördqat dünya çempionudur və ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb.

Namiq HUN

TodayPress TV

tag: İtaliya ,Fabio Kapello,Baş məşqçi,DÇ,Todaypress.tv,