İtaliya çıxış yolu axtarır: ümid yenə Mançiniyədir
İdman
04.04.2026 09:29
Roberto Mançini, hazırda Qətərin “Əl-Sədd” klubunda çalışan mütəxəssis, 2018–2023-cü illərdə rəhbərlik etdiyi İtaliya millisinə qayıtmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Mançini 2023-cü ildən “Əl-Sədd”də çalışır. Klub rəhbərliyi ona sərfəli şərtlər təklif edib. İtaliyalı mütəxəssisin illik maaşı 25 milyon funt sterlinq təşkil edir. Bildirilir ki, onun klubla müqaviləsinin ləğvi problem olmayacaq.
Bundan əvvəl İtaliya millisinin baş məşqçi postuna daha iki namizədin olduğu qeyd olunub. Bunlar “Milan”ın baş məşqçisi Massimiliano Alleqri və “Napoli”ni çalışdıran Antonio Kontedir.
Xatırladaq ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina yığmasına məğlub olub (1:1, penaltilərlə 1:4). Bundan sonra yığmanın baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən uzaqlaşdırılıb.
Namiq HUN
tag: Roberto Mançini,Əl-Sədd,İtaliya ,Massimiliano Alleqri ,Antonio Konte,Todaypress.tv,
