İstanbuldan zəfər sədası — “Qalatasaray” çempion oldu
Türkiyənin voleybolçu qadınlardan ibarət “Qalatasaray” klubu CEV Kubokunun qalibi olub.
TodayPress TV xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 3:2 hesabı ilə qalib gəldiyi İtaliyanın “Reale Mutua Fenera” klubunu cavab görüşündə də məğlub edib – 3:1.
Bununla da “Qalatasaray” tarixində ilk dəfə voleybol üzrə Avropa kubokuna sahib çıxıb.
Xatırladaq ki, “Qalatasaray” bundan əvvəl CEV Kubokunda 2011/2012, 2015/2016 və 2020/2021 mövsümlərində finala yüksəlsə də, hər üç halda ikinci yerlə kifayətlənmişdi.
Namiq HUN