İngiltərə klubunda baş məşqçi dəyişikliyi gündəmdədir

İdman

30.03.2026 09:55

İtaliyalı məşqçi Roberto De Zerbi “Tottenhem” klubunun baş məşqçi postuna əsas namizəd hesab olunur.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb. 

Klub 46 yaşlı mütəxəssislə aktiv danışıqlar aparır və onun yaxın zamanda komandaya qoşulmasını istəyir. Həmçinin De Zerbiyə uzunmüddətli müqavilə təklif olunacağı qeyd edilir.

Xatırladaq ki, daha əvvəl İqor Tudor baş məşqçi postunu tərk edib. O və köməkçiləri Tomislav Roqiç və Rikkardo Raqnaççi klubdan qarşılıqlı razılıq əsasında ayrılıblar. Tudor komandanı fevral ayından çalışdırırdı.

Qeyd edək ki, De Zerbi fevralda “Marsel” klubundan ayrılıb.

Premiyr Liqanın 31 turundan sonra “Tottenhem” 30 xalla 17-ci pillədə qərarlaşıb. London təmsilçisi son 7 oyunda cəmi 1 xal toplayıb.

Namiq HUN

TodayPress TV

tag: Roberto De Zerbi,Tottenhem,Klub,Danışıq,Todaypress.tv,