İliç ətrafındakı söz-söhbətlərə son qoyuldu

İdman

07.04.2026 16:05

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç müqaviləsinin sonunadək komandada qalacaq.

TodayPress TV “Azərtac”a istinadən xəbər verir ki, klub rəhbərliyi serbiyalı mütəxəssislə istefa barədə hər hansı görüş keçirməyib. 

“Gənclik şəhəri” təmsilçisi ümumiyyətlə belə bir toplantı planlaşdırmır. Saşa İliç hazırda komanda ilə birgə məşqlərdə iştirak edir və fəaliyyətini bu ilin iyul ayına qədər davam etdirəcək.

Namiq HUN

tag: Sumqayıt,Saşa İliç,Gənclik ,Gənclik şəhəri,TodayPress TV,