Hikmət Qafarlı Avropa çempionatında əsas hakim olacaq

Hikmət Qafarlı Avropa çempionatında əsas hakim olacaq
24.01.2026 16:31 İdman

Azərbaycanlı hakim futzal üzrə Avropa çempionatının daha bir oyununa təyinat alıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

FIFA referisi Hikmət Qafarlı B qrupunda keçiriləcək Ukrayna - Litva oyununun baş hakimi olacaq. Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcək. 

Görüş yanvarın 25-də, Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Qeyd edək ki, FIFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutan Ermənistan - Ukrayna görüşünə olub. Timekeeper kimi iş başında olan Hikmət  Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.  

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər