İsrail ordusu döyüş vəziyyətinə gətirildi
İsrail Qəzzada hərbçilər üçün həyəcan səviyyəsini artırdı.
TodayPress TV xəbər verir ki, İsrail müdafiə naziri İsrael Katz HƏMAS-ın İsrail qüvvələrinə qarşı hücuma cəhd göstərə biləcəyinə dair kəşfiyyat məlumatlarından sonra Qəzzada İsrail Müdafiə Qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına göstəriş verib.
Məlumata görə, Katz 7 oktyabrdan əvvəl İsrail hərbçilərinə qarşı mümkün hücumların qarşısının alınması üçün əlavə tədbirlər görülməsini tapşırıb.
Nazir bildirib ki, İsrail qüvvələrinə zərər dəydiyi təqdirdə, HƏMAS və Qəzza üçün “bütün ölçülərdən kənara çıxan ağır bədəl” olacaq.
Jalə Rövşən