“Hər şey şəffafdır” – “Alpin” iddiaları rədd etdi
İdman
02.04.2026 16:45
“Alpin” komandası “Formula-1” pilotu Franko Kolapinto ilə bağlı irəli sürülən ayrı-seçkilik iddialarına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, Frankonun azarkeşlərinin yaydığı məlumatlara cavab olaraq komanda rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Franko Kolapinto komandaya eyni səviyyədə etibar edir və onun komandadakı mövqeyi Pyer ilə bərabərdir. Hər hansı sabotaj və ya maşın fərqləri ilə bağlı iddialar əsassızdır.
Komanda əlavə edib ki, mövsüm ərzində bəzi yeniliklər əvvəlcə bir maşına tətbiq oluna bilər, lakin məlumatlar şəffaf şəkildə paylaşılacaq və məqsəd hər iki maşına yenilikləri mümkün qədər tez yerləşdirməkdir. Hər hansı sabotaj iddiaları komandanın maraqlarına ziddir.
Namiq HUN
tag: “Formula-1”,“Alpin” komandası, Franko Kolapinto,Pilot,Todaypress.tv,
