“Heç nə məlum deyil” – Kaysedodan diqqətçəkən açıqlama
İdman
04.04.2026 09:40
“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo “Real”a mümkün keçidi barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
“Futbolda heç vaxt gələcəkdə nə olacağını bilmirsən, elə deyilmi? Hazırda mənim “Çelsi” ilə müqaviləm var. Həqiqət budur ki, digər komandalar haqqında, Londondan ayrılmaq barədə düşünməmişəm. Amma bilirsiniz, futbolda qabaqcadan heç nə məlum olmur. “Çelsi” böyük klubdur. Transferimdən sonra orada mənə çox kömək ediblər və mən də orada olduğum müddətdə hər oyunda minnətdarlığımı göstərmək istəyirəm”, – deyə Kaysedo bildirib.
Kaysedo 2023-cü ilin avqustunda 120 milyon avro qarşılığında London klubuna transfer olunub. Onun transferi futbol tarixində ən bahalı keçidlərdən ilk beşliyə daxildir.
Cari mövsümdə yarımmüdafiəçi 26 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Moyses Kaysedo,Çelsi,Real Madrid,Transfer,Todaypress.tv,
