“Heç bir valideyn bunu yaşamamalıdır” – O’Nildən təsirli jest

İdman

18.03.2026 15:30

Şakil O'Nil ABŞ-də baş verən faciəli hadisəyə münasibət bildirib və həlak olan 12 yaşlı qızın dəfn xərclərini qarşılamağa söz verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Atlanta News First” məlumat yayıb. 

Dördqat NBA çempionu olan sabiq basketbolçu bildirib ki, hadisə onu dərindən sarsıdıb:

“Bu hadisəni mediadan öyrəndikdən sonra çox təsirləndim. Ata olaraq, qızın ailəsinə başsağlığı verirəm. Heç bir valideyn öz övladını dəfn etməməlidir və əgər mən bu yükü bir az da olsa yüngülləşdirə bilərəmsə, bu düzgün addım olar”.

Məlumata görə, 12 yaşlı Cada Uest məktəb avtobusundan düşdükdən sonra başqa bir qızla münaqişəyə qarışıb. Dava zamanı o, yıxılaraq başından ağır zərbə alıb. Daha sonra vəziyyəti pisləşib və xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Namiq HUN

TodayPress TV

tag: Şakil O'Nil,ABŞ,Dəfn,Xərc,Basketbol,NBA,Todaypress.tv,