Güləşçimiz dopinqdən istifadə etdi, cəzalandırıldı
Güləş üzrə Azərbaycan millisinin üzvü Sabir Cəfərov ağır cəzaya məruz qalıb.
AMADA-dan TodayPress TV-yə verilən məlumata görə, idmançının qadağan edilmiş maddədən istifadə etdiyi üzə çıxıb.
Nəticədə Sabir Cəfərov 48 ay müddətinə diskvalifikasiya olunub. Onun cəzasının müddəti 2025-ci ilin sentyabrından başlayır.