Gözlər Bakıda: İkram Aliskerov UFC-də yeni döyüşə hazırdır!

Gözlər Bakıda: İkram Aliskerov UFC-də yeni döyüşə hazırdır!
19.03.2026 14:31 İdman

Rusiyalı orta çəkili (84 kq-dək) UFC döyüşçüsü İkram Aliskerov iyunda təşkil olunacaq turnirdə çıxış edəcək. 

TodayPress TV xəbər verir ki, 27 iyun tarixində Bakı şəhərində təşkil olunacaq turnirdə Aliskerovun rəqibi Bruno Ferreyra olacaq. 

33 yaşlı braziliyalı 2023-cü ildən UFC-də çıxış edir və aktivində 6 qələbəsi var. O, 3 döyüşdə isə oktaqonu məğlub tərk edib.

İkram Aliskerov 32 yaşındadır, o da 2023-cü ildən UFC-də yarışır. Rusiyalı döyüşçü UFC turnirlərindən 4-də qələbə qazanıb, 1 dəfə isə məğlub olub. Aliskerov oktyabr ayında keçirilmiş UFC 321 turnirində braziliyalı Çen Yön Pak üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər