“Gərginlik artır: Ferstappenin müqaviləsi “Red Bull”u narahat edir
İdman
14.01.2026 17:04
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen 2026-cı il mövsümünün sonunda “Red Bull” komandasından ayrıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, niderlandlı pilotun 2028-ci ilin sonunadək qüvvədə olan müqaviləsində xüsusi bənd var. Həmin bəndə əsasən, Ferstappen 2026-cı ildə yay fasiləsindən sonra çempionatda ilk iki pillədə yer almasa, müqaviləni birtərəfli qaydada poza bilər.
Bundan başqa, 2027 və 2028-ci illərdə Maks Ferstappenin çempionatı lider mövqedə başa vurmadığı təqdirdə komandadan ayrılmaq hüququ da var.
Qeyd edək ki, bu şərtlər müqavilə bağlanarkən “Red Bull”un sabiq müşaviri Helmut Marko tərəfindən razılaşdırılıb və bu hal komanda daxilində narazılıqlara səbəb olub.
Namiq HUN
tag: “Formula-1” ,Maks Ferstappen ,“Red Bull” komandası,Helmut Marko,Todaypress.tv,
