Gənclərdən ümid: “Sabah” Avropada sözünü demək istəyir

Gənclərdən ümid: “Sabah” Avropada sözünü demək istəyir
07.04.2026 13:29 İdman

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında mübarizəyə start verir.

TodayPress TV xəbər verir ki, B qrupunda yer alan komanda ilk görüşünü Bosniya və Herseqovinanın “İqokea” klubuna qarşı keçirəcək.

Görüşün start fiti Bakı vaxtı ilə saat 19:30-da səsləndiriləcək.

“Sabah” qrupdakı növbəti oyununu aprelin 8-də Almaniyanın “Porşe BBA Lyudviqsburq” klubuna qarşı keçirəcək.

Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər