Gənc velosipedçimizdən böyük uğur – bürünc medal!
Azərbaycanlı velosipedçi Qazaxıstanda keçirilən “Road Race 2026” yarışında uğurlu çıxışı ilə diqqət çəkib.
TodayPress TV Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Süleyman Ələkbərov Almatıda keçirilən turnirdə bürünc medal qazanıb.
130 velosipedçinin mübarizə apardığı yarışda S.Ələkbərov 25 km məsafəyə fərdi ötüşmə növündə çıxış edib.
Namiq HUN