Gənc pilotdan iddialı açıqlama: Berman zirvəni hədəfləyir
İdman
04.02.2026 17:49
“Haas” komandasının pilotu Oliver Berman “Formula-1”dəki ən böyük arzusu və 2026-cı il üçün əsas hədəfi barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Auto Motor und Sport”a açıqlamasında bildirib.
“Bu mənim arzumdur. Səhərlər oyanmağa və hər zaman maksimum gücümü ortaya qoymağa məni məhz bu motivasiya edir. Qırmızı rəngdə çıxış etmək və qırmızı rəngdə qalib gəlmək istəyirəm. Bu, həyatımda çatmaq istədiyim bir məqsəddir. Mən artıq bunun dadını az da olsa hiss etmişəm və bunu yenidən yaşamaq istəyirəm. Amma 2026-cı ildə ilk növbədə “Haas”la uğur qazanmağı qarşıma məqsəd qoymuşam. Düşünürəm ki, yeni qaydalar bizə böyük imkanlar açacaq”, — deyə Berman vurğulayıb.
Qeyd edək ki, britaniyalı pilot “Ferrari” akademiyasının yetirməsidir və 2024-cü ildə Səudiyyə Ərəbistanı Qran-prisində əsas komandanın heyətində debüt edib. O zaman Berman Karlos Saynsı əvəzləmişdi.
Namiq HUN
tag: Oliver Berman,Haas,Formula 1,Komanda,Todaypress.tv,
