Gənc istedad uğrunda yarış: Mbaye İngiltərə radarında
İdman
24.01.2026 16:47
Bir neçə İngiltərə Premyer liqasının klubu PSJ-nin hücumçusu İbrahim Mbayeə diqqət yetirir.
TodayPress TV jurnalist Florian Plettenberqə istinadən xəbər verir ki, “Çelsi” və “Aston Villa” Afrikanın Millətlər Kubokunda özünü parlaq göstərmiş 18 yaşlı istedad uğrunda mübarizə aparır.
Hər iki klub seneqallı futbolçunun durumunu yaxından izləyir.
İngiltərə komandalarının marağına baxmayaraq, PSJ Mbaye ilə vidalaşmaq niyyətində deyil. Forvardın Paris təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir və klub onu saxlamaq üçün yeni müqavilə təklif etməyi düşünür.
Qeyd edək ki, Mbaye cari mövsümdə bütün turnirlərdə 21 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, beynəlxalq səviyyədə də bacarığını göstərərək, Afrikanın Millətlər Kubokunda Seneqalın əsas oyunçularından biri olub. İbrahim 6 matçda 1 qol vurub və 2 assist edib.
Namiq HUN
tag: PSJ,İbrahim Mbaye,Klub,Transfer,Todaypress.tv,
