Futbolun əfsanəsi yenidən meydanda – Hocson təyinat aldı!

İdman

30.03.2026 16:06

78 yaşlı məşqçi Roy Hocson İngiltərənin “Bristol Siti” klubunun baş məşqçisi təyin olunub.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. 

Yayda isə rəhbərlik daimi baş məşqçi axtarışına başlayacaq. 

Qeyd edək ki, Hocson 1971-ci ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. O, karyerası ərzində İngiltərə milli futbol komandası, “Liverpul” və “Fulhem” kimi komandaları çalışdırıb. Onun son iş yeri “Kristal Pelas” klubu olub.

“Bristol Siti”nin əvvəlki baş məşqçisi Gerhard Struber idi. Hazırda komanda 51 xalla Çempionşipin turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: Roy Hocson,Bristol Siti,Baş məşqçi,Klub,Todaypress.tv,