Futbolda maliyyə qalmaqalı: Ronaldo da işə qarışa bilər

İdman

03.04.2026 09:51

Kriştianu Ronaldo “Flamenqo” ilə “Almeriya” klubu arasında yaranan məhkəmə çəkişməsinin fiqurantına çevrilə bilər.

TodayPress TV xəbər verir ki, Braziliya təmsilçisi İspaniya klubunu İdman Arbitraj Məhkəməsinə (CAS) verib.

Məlumata görə, “Almeriya” “Flamenqo”ya təxminən 1,8 milyon avro borcludur və bu borc artıq 590 gündür ödənilmir. Fevral ayında Kriştianu Ronaldo “Almeriya”nın səhmlərinin 25 faizini satın alıb.

Problem 2022-ci ilin avqustunda futbolçu Lazaronun transferi zamanı yaranıb. Müqaviləyə əsasən, “Almeriya” ödənişləri və İspaniyada tətbiq olunan vergiləri qarşılamalı idi.

Bildirilib ki, “Flamenqo” bu xərcləri özü ödəməyə məcbur qalıb və məbləğ 1,5 milyon avronu keçib. 

FIFA Braziliya klubunun haqlı olduğunu təsdiqləsə də, “Almeriya” öhdəliklərini yerinə yetirməkdən imtina edir.

“Flamenqo” İspaniya klubunu prosesi qəsdən uzatmaqda ittiham edir və məsələnin CAS tərəfindən ədalətli şəkildə həll olunacağına ümid edir.

Namiq HUN

TodayPress TV

tag: Kriştianu Ronaldo,Flamenqo,Almeriya,FİFA,Todaypress.tv,