Futbolda böyük pullar: ən çox qazanan klub açıqlandı

İdman

03.04.2026 11:37

AFFA 2025-ci ildə futbol klublarına UEFA tərəfindən ayrılan maliyyə vəsaiti ilə bağlı hesabatı açıqlayıb.

TodayPress TV xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı yerli klublara ümumilikdə 73 milyon 386 min 489 manat ödəyib.

“Qarabağ” avrokuboklardakı uğurlu çıxışına görə ən böyük payı əldə edib. Ağdam təmsilçisi UEFA-dan ümumilikdə 61 milyon 123 min 325 manat gəlir qazanıb.

Digər klublara ayrılan vəsaitlər belədir:

“Sabah” - 3 milyon 27 min 845 manat

“Araz-Naxçıvan” - 2 milyon 480 min 415 manat 

“Zirə” - 2 milyon 70 min 729 manat 

“Neftçi” - 1 milyon 23 min 94 manat 

“Sumqayıt” - 833 min 496 manat 

“Səbail” - 706 min 895 manat 

“Turan Tovuz” - 706 min 895 manat 

“Kəpəz” - 706 min 895 manat 

“Qəbələ” - 427 min 340 manat 

“Şamaxı” - 279 min 555 manat 

Namiq HUN

TodayPress TV

tag: AFFA,UEFA,Klub,Hesabat,Todaypress.tv,