Futbol tarixində yeni zirvə: Messi 900-cü qolunu vurdu
Argentinalı hücumçu Lionel Messi karyerasında növbəti tarixi həddə çatıb - 900-cü qolunu vurub.
TodayPress TV xəbər verir ki, bu hadisə KONKAKAF Çempionlar Kuboku çərçivəsində keçirilən oyunda baş verib.
“Neşvill” ilə oyunda vurulan qol “İnter Mayami” forvardının peşəkar karyerasında 900-cü dəqiq zərbəsi olub.
Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami” klubunda çıxış edir. Leo cari mövsümdə bütün turnirlərdə 4 qol vurub. Messinin “İnter Mayami” klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Namiq HUN