Futbol funksioneri saxtakarlıqda ittiham olunur
“Barselona” klubunun sabiq prezidenti Xosep Bartomeu saxtakarlıqda ittiham olunur.
TodayPress TV xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat yayıb.
Bildirilir ki, funksioner ifadə vermək üçün şəhər məhkəməsinə çağırılıb. İstintaq Kataloniya təmsilçisinin hazırkı prezidenti Xuan Laportanın bəyanatından sonra başlayıb. Kluba dəyən ziyan 30 milyon avro qiymətləndirilir.
İddialara görə, Xosep Bartomeu 2019-cu ildə Malkom və Antuan Qrizmannın transferi zamanı saxtakarlıq edib.
Namiq HUN