Futbol əfsanəsi Qış Olimpiya Oyunlarının məşəl estafetində
“Milan” futbol klubunun prezidenti Paolo Skaroninin müşaviri olan Zlatan İbrahimoviç XXV Qış Olimpiya Oyunlarının məşəl estafetində iştirak edib.
TodayPress TV xəbər verir ki, 2023-cü ilin yayında karyerasını bitirən İbrahimoviç açılış mərasiminin ən diqqətçəkən simalarından biri olub.
Qeyd edək ki, Milan və Kortina-d'Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarının bağlanış mərasimi fevralın 22-də Veronadakı tarixi “Arena di Verona”da təşkil olunacaq.
Namiq HUN