Futbol əfsanəsi 41 yaşında — Ronaldunun inanılmaz yolu

İdman

05.02.2026 12:05

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldonun 41 yaşı tamam olub.

TodayPress TV xəbər verir ki, futbolçu karyerası ərzində ümumilikdə 961 qol vurub.

Onlardan 818-i klub səviyyəsində, 143-ü isə Portuqaliya millisinin heyətində qeydə alınıb.

Karyerası boyunca Ronaldu “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və “Əl-Nəsr”də çıxış edib. O, ən çox matçı “Kral klubu”nun heyətində keçirib - bütün turnirlərdə 438 oyuna çıxaraq 450 qol vurub və 131 məhsuldar ötürmə edib.

41 yaşlı futbolçu beş dəfə “Qızıl top” mükafatını qazanıb və eyni sayda UEFA Çempionlar Liqasının qalibi olub. 2016-cı ildə isə Portuqaliya millisi ilə Avropa çempionu tituluna yiyələnib.

Namiq HUN

TodayPress TV

tag: Ronaldo, Doğum günü,Futbol,Əfsanə,Todaypress.tv,