Frimponqdan “Qarabağ” mesajı: “Marsel” kimi olacaq"
İdman
22.01.2026 14:20
“Liverpul” klubunun futbolçusu Jeremi Frimponq “Qarabağ”la oyundan danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda səfərdə “Marsel”ə qalib gəldikləri matçı (3:0) dəyərləndirən niderlandlı vinger “Qarabağ”la sonuncu turda keçiriləcək oyuna da toxunub:
“Düşünürəm ki, hamı mərhələni 1/8 finalda bitirmək istəyir. Gələn həftə "Qarabağ"la qarşılaşacağıq. Ona görə də ümid edirik ki, “Marsel”lə etdiyimizi “Qarabağ”la oyunda da edə biləcəyik”.
Qeyd edək ki, 13 oyunluq məğlubiyyətsiz seriyaya malik olan “Liverpul” yanvarın 28-dən 29-a keçən gecə “Enfild”də “Qarabağ”ı qəbul edəcək. Hazırda “Liverpul” 15 xalla 4-cü, “Qarabağ” isə 10 xalla 18-ci pillədə qərarlaşıb.
Namiq HUN
tag: UEFA Çempionlar Liqası,"Qarabağ",“Liverpul” ,Jeremi Frimponq ,Todaypress.tv,
