“Formula-1”də gərginlik: gənc pilot təcrübəlini üstələdi

İdman

18.03.2026 15:54

Jak Vilnyov hesab edir ki, “Formula-1” üzrə “Haas” komandasının pilotu Esteban Okon komanda yoldaşı Oliver Berman ilə rəqabətdə geri qalır.

TodayPress TV xəbər verir ki, bu barədə Sky Sports nəşri məlumat yayıb. 

“Berman Okonu tam nəzarətdə saxlayır. Okonun daha çox təcrübəsi var, amma yarış ustalığı baxımından Berman ondan qat-qat yaxşıdır. Okon isə tez-tez özünü əlverişsiz vəziyyətə salır. Karyerasının əvvəlindən belədir – maşını düzgün yerləşdirmir, döngələrdə səhvlər edir, ya divara çırpılır, ya da digər bolidlərlə toqquşur.

Əgər top-komandada deyilsinizsə, heç bir zəmanət yoxdur. Zavod komandalarından “Haas” və ya “Uilyams Rasinq”ə düşə bilərsiniz, amma onun seçim imkanları çox deyil”, – deyə Vilnyov bildirib.

Namiq HUN

TodayPress TV

tag: Jak Vilnyov,Esteban Okon,Oliver Berman,Formula-1,Haas,Todaypress.tv,