“Formula-1” silkələnir: “Audi” və “Honda” FIA-nı məhkəməyə verə bilər!
İdman
04.02.2026 12:24
“Audi” və “Honda” Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə bağlı məhkəmə çəkişməsi ehtimalını istisna etmirlər.
TodayPress TV xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Nachez98 adlı mənbə məlumat yayıb.
Bildirilir ki, “Audi” və “Honda” hüquqi müstəvidə birgə fəaliyyətə başlayaraq “Formula-1” qəbul şərtlərinin mümkün şəkildə pozulduğunu əsas gətirirlər.
Mənbənin iddiasına görə, tərəflər FIA-nın neytrallığını şübhə altına alır və kompromis həll tapılmasa, çempionatın nəticələrinin belə hüquqi qaydada mübahisələndirilməsinə hazırdırlar.
Məlumatda qeyd olunur ki, FIA ilə komandalar arasında keçirilən görüşlər kifayət qədər gərgin şəraitdə baş tutur və bu vəziyyət “Mersedes”in rəhbəri Toto Volfun davranışlarında da hiss olunur.
Hazırda ən real çıxış yolu kimi ADUO sistemində “Audi” və “Honda” üçün daha böyük texniki və ya tənzimləyici güzəştlərin verilməsi göstərilir. Əks halda məsələ hüquqi müstəviyə keçə bilər.
Namiq HUN
tag: Formula 1,Audi,Honda,FİA,Todaypress.tv,
