“Formula-1” əfsanəsi artıq evdə hərəkət edə bilir

“Formula-1” əfsanəsi artıq evdə hərəkət edə bilir
26.01.2026 11:27 İdman

Yeddiqat “Formula-1” çempionu Mihael Şumaherin sağlamlıq vəziyyəti ilə bağlı yeni məlumatlar yayılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Ağır xizək zədəsindən sonra 12 ildən çox ictimaiyyət qarşısına çıxmayan “Formula-1” əfsanəsi artıq yatağa bağlı deyil. Mihael Şumaher tibbi personalın köməyi ilə evdə tibbi kreslo ilə hərəkət edə bilir.

Bildirilir ki, o, 24 saat həkim nəzarəti altında yaşayır və ailənin xüsusi yaşayış kompleksində məskunlaşıb. Bununla yanaşı, onun sağlamlığı ilə bağlı məlumatlar ailə tərəfindən hələ də məhdudlaşdırılır.

Qeyd edək ki, Şumaheri ziyarət edən azsaylı şəxslərdən biri “Ferrari”nin sabiq rəhbəri Jan Todtdur. O, daha əvvəl bildirib ki, Şumaherə müntəzəm baş çəkir və onunla birlikdə “Formula-1” mərhələlərini izləyir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər