Flikin “Barselona”sı tarix yazır – Qvardiola rekordu geridə qaldı!
İdman
21.03.2026 10:58
“Barselona” Hans-Diter Flikin rəhbərliyi altında ilk 105 oyunda 298 qol vuraraq klub tarixində rekord nəticə göstərib.
TodayPress TV xəbər verir ki, cari mövsümdə bütün turnirlər daxil olmaqla 45 rəsmi oyunda “Barselona” 124 qol vurub — bu da hər oyuna orta hesabla 2,75 qol deməkdir.
Müqayisə üçün, 2024/2025 mövsümündə komanda 60 oyunda 174 qol vurmuşdu.
“Barselona” artıq Xosep Qvardiola dövrünün göstəricisini də geridə qoyub. 2008/2009 və 2009/2010-cu illər mövsümlərində onun rəhbərliyi altında Kataloniya təmsilçisi eyni sayda — 105 oyunda 254 qol vurmuşdu.
Qeyd edək ki, Hans-Diter Flikin rəhbərliyi dövründə klub artıq İspaniya çempionluğunu, ölkə kubokunu və iki Superkuboku qazanıb.
Namiq HUN
tag: Barselona,Hans-Dter Flik,Rekord,Qol,Todaypress.t,
