Flik VAR-a eyham vurdu: “Bu gün hər şey "Atletiko" üçün idi”

İdman

09.04.2026 09:54

“Təşəkkürlər, Almaniya” - Hans-Diter Flik, “Barselona”nın “Atletiko Madrid” ilə Çempionlar Liqasındakı oyunundan sonra bunu deyib.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

“Barselona”nın baş məşqçisi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko Madrid” (0:2) ilə ilk oyunda məğlubiyyəti şərh edib. 

Hans-Diter Flik bildirib:

“Onlar iki qol vurdu, hücum xəttində çox yüksək keyfiyyətə malikdirlər. Bilirik ki, onlara qarşı müdafiə olunmaq çox çətindir. İlk qolda biz daha yaxşı müdafiə olunmalı idik. Qırmızı vərəqə alırıq və dərhal sonra “Atletiko” qol vurur… Bu gün VAR daha çox “Atletiko”ya fokuslanmışdı. Orada alman mütəxəssis var, ona görə də Almaniyaya təşəkkür edirəm.

Biz birinci hissədə yaxşı oynadıq, ikinci hissədə də - hətta azlıqda qalsaq belə. On nəfərlə maksimumumuzu verdik, sadəcə bu gün bəxtimiz gətirmədi. Mübarizə aparacağıq. Hələ heç nə bitməyib. Yarımfinal uzaq görünə bilər, amma şansımız var və bundan istifadə etməyə çalışacağıq”.

Komandalar arasında UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu 14 aprel tarixində keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Atletiko Madrid,Hans-Diter Flik,UEFA ,Todaypress.tv,