Flik istedadı buraxmaq istəmir: Mark Bernal “Barselona”nın planlarında
İdman
24.01.2026 15:25
“Ayaks” klubu “Barselona”nın 18 yaşlı dayaq yarımmüdafiəçisi Mark Bernalı icarəyə götürməkdə maraqlıdır.
TodayPress TV xəbər verir ki, bu barədə Sport.es nəşri məlumat yayıb.
Bildirilir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik ispan futbolçunu böyük istedad hesab edir və onun Kataloniya təmsilçisini tərk etməsini istəmir. Alman mütəxəssis Bernalı rotasiyada istifadə etməyə hazırdır və yarımmüdafiəçinin əsas heyətdə yer uğrunda mübarizə aparacağını gözləyir.
Mark Bernal “Barselona” akademiyasının yetirməsidir. O, cari mövsümdə bütün turnirlərdə 13 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında onun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Ayaks,Barselona,Mark Bernal,Hans-Diter Flik,Futbol,Məşqçi,Todaypress.tv,
